Türkiyəli Qarabağ qazisi azadlığa buraxıldı
1993-cü ildə Qarabağ döyüşlərində iştirak etmiş ülküçü Yusif Ziya Arpacıq dünən həbsdən azad edilib. Bu barədə musavat.com-a MHP rəhbərliyinə daxil olan şəxslərdən biri məlumat verib.
Qeyd edək ki, Yusuf Ziya Arpacıq, Ülkü Ocaqlarının İstanbul təşkilatının sabiq rəhbəri Ərdəm Karakoç və başqa 9 ülküçü iyunun 4-də parlament seçkilər öncəsi Diyarbəkirdə mitinq zamanı təxribat törətməyə hazırlaşmaları ittihamı ilə saxlanılmışdılar.
Yusif Ziya Arpacıqın həbsi Azərbaycanda da rezonans doğurmuşdu. Millət vəkili İqbal Ağazadə onun həbsdən azad edilməsi xahişi ilə Türkiyə rəhbərliyinə müraciət etmiş, ülküçünün döyüş yolu və fəaliyyəti barədə ölkə mediasında yazılar dərc olunmuşdu.

473