Avropa İttifaqından Qarabağa dair növbəti etiraf
Avropa İttifaqı Avropa Parlamentində keçiriləcək dinləmələr ərəfəsində Dağlıq Qarabağın Azərbaycana aid olduğunu növbəti dəfə təsdiq edib. Avropa Parlamentinin rəsmi http://www.europarl.europa.eu/en/headlines/content/20110610STO21204/html/Nagorno-Karabakh-an-unresolved-conflict-in-South-Caucasus saytında yer almış bəyanatda deyilir: “Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində erməni əhalisinin əksəriyyət təşkil etdiyi ərazidir”.
Bəyanatda Avropa Parlamentinin sədri İrji Buzekin Bakıya səfəri zamanı dediyi sözlərdən də sitat gətirilir: “Görüşlər zamanı mən dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü vurğuladım. Bildirdim ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində və Madrid prinsipləri əsasında sülh yolu ilə həllinə dair səyləri dəstəkləyir”.

406