Əhmədinejad Azərbaycan prezidentini İrana dəvət edib
15 iyun 2011 11:57 (UTC +04:00)

Əhmədinejad Azərbaycan prezidentini İrana dəvət edib

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prezident Mahmud Əhmədinejadın sədrliyi ilə iyunun 25-26-da Tehranda keçiriləcək konfransda dünyanın 60 ölkəsinin yüksək rütbəli rəsmilərin iştirakı nəzərdə tutulur.

Məlumatda bildirilir ki, beynəlxalq aləmdə terrorçuluq əməllərinə qarşı mübarizənin önündə gedən İran İslam Cümhuriyyəti terrorizmə qarşı mübarizə üzrə vahid və yığcam strategiya işlənib-hazırlanması zərurətini nəzərə alaraq, konfransda yeni və səmərəli təkliflər verəcək. “İran İslam Respublikası bəzi ölkələrin və beynəlxalq təşkilatların terrorçuluq əməlləri qarşısında laqeydlik göstərməsini, terrorçu qrupları, xüsusilə də dövlət terrorizmini dəstəkləməsini daima beynəlxalq səviyyədə tənqid edib”, -deyə məlumatda vurğulanır.

Səfirlikdən o da bildirilib ki, İran prezidenti M. Əhmədinejad Azərbaycan prezidenti İlham Əliyevi konfransda iştirak etmək üçün dəvət edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 508

Oxşar yazılar