Parlamentin sədri Özbəkistanın müdafiə naziri ilə görüşüb
İyunun 14-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Özbəkistanın müdafiə naziri, general-mayor Kabul Berdiyevi qəbul edib.
Lent.az-ın qurumun saytına istinadən məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat verilib. Spiker ölkəmizin haqq səsini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyinə görə Özbəkistan xalqına və dövlətinə minnətdarlığını ifadə edib. Sədr parlamentlərarası əlaqələrin də yüksələn xətlə inkişaf etdiyini vurğulayaraq, hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının fəaliyyət göstərməsini yüksək qiymətləndirib və bu sahədəki potensial imkanlardan daha səmərəli istifadə etməyin vacibliyini bildirib.
Görüşdə Azərbaycana ilk dəfə 2009-cu ildə səfər etdiyini bildirən Kabul Berdiyev ötən müddət ərzində paytaxt Bakının çox sürətlə inkişaf etdiyini qeyd edib. Özbəkistanın Azərbaycanla bütün sahələrdə, eləcə də hərbi sənaye potensialının inkişafı sahəsində əməkdaşlıq etməkdə maraqlı olduğunu qeyd edən nazir, iki ölkə arasında hərbi sahədə əməkdaşlığa dair hökumətlərarası saziş olduğunu da vurğulayıb. O deyib ki, səfərin əsas məqsədi əməkdaşlığın daha da genişləndirilməsi yollarını aramaqdır.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

432