Deputatlarımız Romaya gediblər
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov və deputat Azər Kərimli iyunun 14-dən 21-dək Romada səfərdə olacaqlar.
Lent.az-ın Milli Məclisin rəsmi saytına istinadən məlumatına görə, deputatlarımız İtaliya parlamentinin Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşəcək, parlamentlərarası əlaqələrin perspektivləri, ikitərəfli əməkdaşlığın inkişafı, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və digər məsələlər barəsində fikir mübadiləsi aparacaqlar.

341