Polis Akademiyasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
14 iyun 2011 17:58 (UTC +04:00)

Polis Akademiyasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

İyunun 13-də Polis Akademiyasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbir respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də xidməti tapşırıqları yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb. Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev keçən əsrin 90-cı illərinin əvvəlində respublikada baş vermiş faciəli hadisələr və tədbirin mahiyyəti barədə iştirakçılara qısa məlumat verib, qonaqları şəxsi heyətə təqdim edib.


Qonaqların çıxışları şəxsi heyət tərəfindən böyük maraqla qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 402

Oxşar yazılar