BQXK nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər
Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanova məlumat verib. Əsirlərin saxlanma şəraitinin və fiziki durumlarının monitorinqi aparılıb. BQXK nümayəndələri tərəfindən hərbi əsirlərə 3 “Qızıl Xaç” məktubu, ailəyə isə bir “Qızıl Xaç” məktubu çatdırılıb. Ailədən isə bir “Qızıl Xaç” məktubu götürülüb. Hərbi əsirlər isə ailələrinə şifahi məlumat göndəriblər.
Qeyd edək ki, hazırda Azərbaycanda 3 hərbi əsir və 5 mülki Ermənistan vətəndaşı var.
Ermənistan vətəndaşları olan Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər.
Əsirlərdən 2-si - Ohan Arutunyan və Gevorq Tovmasyan 2009-cu ilin mayında, Karen Arutunyan isə həmin ilin iyulunda Azərbaycan tərəfə keçib. Onlar üçüncü ölkəyə göndərilmək arzusunu bildiriblər.

450