Əli Bilgə Cankorel: “Azərbaycan hakimiyyəti bizə rəsmi şəkildə irad bildirməyib”
14 iyun 2011 13:06 (UTC +04:00)

Əli Bilgə Cankorel: “Azərbaycan hakimiyyəti bizə rəsmi şəkildə irad bildirməyib”

“İctimai Palata nümayəndələri ilə görüşümüzün ardından yazılan məsələlər süni şəkildə şişirdilir. Bu, bir adamın fikridir və Azərbaycan hakimiyyətinin mövqeyini əks etdirmir. Diqqət etsəniz, bu məsələ ilə bağlı yalnız bir adam danışır. O da Azərbaycan hakimiyyətinin mövqeyi demək deyil. Biz Azərbaycan hakimiyyətindən rəsmi şəkildə heç bir iradla qarşılaşmamışıq. Hətta Xarici İşlər Nazirliyi Azərbaycanda fəaliyyət göstərən səfirliklərin ölkədəki bütün siyasi qüvvələrlə eyni dərəcədə yaxınlıq etməsinin doğruluğunu vurğulayıb”.

Bunu ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorel jurnalistlərə açıqlamasında deyib. O, ATƏT-in Bakı ofisinin və bir sıra Avropa ölkələri səfirlərinin iyunun 10-da İctimai Palata nümayəndələri ilə görüşməsinə sərt reaksiya verən hakim Yeni Azərbaycan Partiyasının nümayəndələrinin fikirlərinə münasibət bildirib.

Səfir deyib ki, görüşdən sonra yazılanları izləyir və bunun medianın şou yaratmaq istəyindən irəli gəldiyini düşünür: “Biz Azərbaycan hakimiyyəti ilə normal münasibətlərə sahibik və heç bir problem yoxdur. Azərbaycandan ayrılarkən də heç kimdən incikliyim yoxdur”.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 541

Oxşar yazılar