Dubay qəzetində Milli Qurtuluş Günü ilə bağlı məqalə
Dubay hökumətinin rəsmi mətbu orqanı olan “Al-Bayan” qəzetində 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Birləşmiş Ərəb Əmirliklərindəki “Azərbaycan” Cəmiyyətinin təşkilatçılığı ilə Dubayda keçirilmiş konfransdan bəhs edən məqalə dərc olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Al-Bayan” qəzetinin tədbirdə iştirak edən əməkdaşının qəzetin 13 iyun tarixli sayında “Azərbaycan Milli Qurtuluş Gününü bayram edir” sərlövhəli məqaləsində Azərbaycanın Milli Qurtuluş Günü münasibətilə dünyanın bir sıra ölkələrində “15 iyun – Qurtuluş” adı altında konfrans, bayram tədbirlərinin keçirilməsindən bəhs olunur və belə tədbirlərdən birinin də Dubayda keçirilən konfrans olduğu qeyd edilir.
Daha sonra müəllif Dubayda Azərbaycan Cəmiyyətinin təşkil etdiyi konfrans barədə ətraflı yazaraq Milli Qurtuluş Gününün tarixindən söz açır.
Daha sonra müəllif Dubayda Azərbaycan Cəmiyyətinin təşkil etdiyi konfrans barədə ətraflı yazaraq Milli Qurtuluş Gününün tarixindən söz açır.
593