“Müxalifəti sona qədər sıradan çıxarmaq fikrimiz yoxdur”
“Gücün çatmadığı işin qulpundan yapışmaq 1992-93-cü illərdəki hadisələrə gətirib çıxarır. Azərbaycan isə nə daxildəki bəzi qruplar üçün, nə də ölkəmizin inkişafını istəməyən xarici qüvvələr üçün eksperiment meydanıdır”.
APA-nın məlumatına görə, bunu YAP-ın saytına müsahibəsində Milli Məclisinin vitse-spikeri, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib. B.Muradova müxalifət qüvvələrinin maraqlarının hərdən xaricdəki bəzi çevrələrin maraqları ilə üst-üstə düşdüyünü bildirib: “Bunu da guya “beynəlxalq dəstək” kimi qələmə verməyə çalışırlar. Bəli, həmin müxaliflərin Azərbaycanı istəməyən xarici dairələrlə bəzi məqamlarda maraqları və fikirləri üst-üstə düşür. Amma bu, onların fikirlərinin doğruluğunu yox, ölkəmizə qarşı qəsdlərin hələ də qaldığını sübut edir. Çünki xalq artıq əminliklə qət edib ki, Azərbaycanın yeganə uğurlu inkişafı Heydər Əliyev yolu ilə bağlıdır. Bu gün hər kəs əmindir ki, bu siyasətin alternativi yoxdur. Baxmayaraq ki, bu yola alternativ görə bilən insanların bəziləri hələ də meydanda qalmaqdadır. Amma bu da Azərbaycandakı demokratik ab-havanın nəticəsidir”.
O, heç nədən qorxmadıqlarını və kimlərinsə fəaliyyətini məhdudlaşdırmaq siyasəti yürütmədiklərini deyib: “Onsuz da bizim siyasətimiz genişləndikcə onların fəaliyyəti məhdudlaşır. Bizim onları sona qədər sıradan çıxarmaq kimi bir fikrimiz və qəsdimiz də yoxdur. Hətta bəzən zaman-zaman bizi bunda ittiham edənlər tapılır. Amma bu sadəcə sözdür. Həmin dairələrin vaxtilə törətdiklərinə, bütün bu illər ərzində Azərbaycan xalqının inkişafına mane olmaq istədiklərinə, xarici faktorlara istinad edərək Azərbaycan dövlətini öz yolundan döndərmək istəmələrinə baxmayaraq, biz onlarla düşmənçilik aparmırıq. Azərbaycanın inkişafı bundan sonra da davam edəcək, bizim uğurlarımız davamlı olacaq”.

534