“Nyu-York Times”: “Kazan görüşü yaxşı imkandır”
Lent.az-ın qəzetin saytına istinadən məlumatına görə, iyunun 25-də Kazanda baş tutacaq prezidentlərin növbəti görüşünün Dağlıq Qarabağ probleminin həllində son illər yaranmış ən yaxşı imkan olduğu bildirilir. Rusiya prezidentinin bu məsələyə ciddi önəm verdiyi və münaqişənin həllinə çalışdığını qeyd edən qəzet, Rusiyanın əsas məqsədinin tərəfləri 5 il bundan öncə razılaşdırılmış “baza prinsipləri”nin qəbuluna inandırmaq olduğunu yazıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç qəzetə deyib ki, Rusiya, Fransa və ABŞ bu məsələdə mühüm rol oynamalıdır.
“Prezidentlər Dmitri Medvedev, Barak Obama və Nikola Sarkozi Azərbaycan və Ermənistan prezidentlərini “iyun ayındakı sammitdə “baza prinsipləri”nin qəbulu üçün siyasi iradə öz siyasi iradə nümayiş etdirməyə” çağırıb”.

631