«Diffamasiya haqqında» qanun bu il qəbul edilə bilər
13 iyun 2011 13:49 (UTC +04:00)

«Diffamasiya haqqında» qanun bu il qəbul edilə bilər

Azərbaycanda «Diffamasiya haqqında» qanun bu il qəbul edilə bilər. APA-nın məlumatına görə, bu barədə Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib.


Ə. Həsənov deyib ki, diffamasiya ilə bağlı Azərbaycan hakimiyyətinin rəyi birmənalıdır: «Azərbaycan prezidenti ötən il Mətbuat Şurasında keçirdiyi görüş zamanı bəyan etdi ki, Azərbaycanda neçə illərdir, jurnalist fəaliyyətinə görə həbsə alma dondurulub, buna moratorium qoyulub. Bütövlükdə «Diffamasiya haqqında» qanunu qəbul etməyə hazırıq. Yetər ki, Avropa və bütün dünya mətbuat siyasəti, diffamasiya ilə bağlı bütün ölkələrə eyni səviyyədə yanaşsın və ayrı-seçkilik qoymasın. Bir ölkə üçün nəzərdə tutulan tələblər digər ölkələrə də şamil olunsun».


Ə. Həsənov onu da qeyd edib ki, Mətbuat Şurasının «Diffamasiya haqqında» qanunla bağlı layihəsi var, Avropa strukturları da bu layihə ilə tanışdır: «Düşünürük ki, bu il qanun qəbul oluna bilər. Azərbaycan hakimiyyətinin iradəsi ondan ibarətdir ki, söz və mətbuat sahəsində siyasi plüralizmə xidmət edən prinsiplər bir az da inkişaf etdirilsin, azad medianın dairəsi getdikcə genişlənsin».
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 441

Oxşar yazılar