Türkiyə Azərbaycan Dərnəyinin rəhbəri Türkiyə parlamentinə seçilib
13 iyun 2011 12:47 (UTC +04:00)

Türkiyə Azərbaycan Dərnəyinin rəhbəri Türkiyə parlamentinə seçilib

Türkiyədəki Azərbaycan diasporunun liderlərindən biri, Türkiyə Azərbaycan dərnəyinin rəhbəri Sinan Oğan Türkiyə Böyük Millə Məclisinə keçirilən seçkilərdə qalib gələrək deputat mandatı qazanıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Sinan Oğan Milliyyətçi Hərəkat Partiyasının İqdır bölgəsindən millət vəkilliyinə 1 nömrəli namizədi olub.

MHP-nin Sinan Oğanı bu bölgədə 1 nömrəli namizəd kimi göstərməsi onun İqdırda yaşayan azərbaycanlıların səslərini qazanacağına əmin olmasından irəli gəlib.

Xatırladaq ki, əslən azərbaycanlı olan Sinan Oğan 1967-ci ildə İqdırda anadan olub. 1989-cu ildə Mərmərə Universitetini bitirib. 1993-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsində işləyən Sinan Oğan 2000-ci ildə Türkiyəyə qayıdaraq Avrasiya Strateji Araşdırmalar Mərkəzində Qafqaz istiqaməti üzrə çalışıb. Onun iştirakı ilə Türkiyədə 20 yanvar, Xocalı soyqırımı, 1918-ci mart qırğınlarının qurbanlarının xatirəsinə həsr olunan çoxlu sayda tədbirlər təşkil olunub. Azərbaycan dövləti və xalqının maraqlarını daha ardıcıl və sistemli şəkildə müdafiə etməsi üçün TAD diaspor təşkilatını yardıb.

TAD-ın yaradılması ilə Azərbaycanın Türkiyədəki diasporu daha da güclənib. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edən TAD müntəzəm olaraq Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı düşmənçilk siyasəti ilə bağlı beynəlxalq konfrans və seminarlar keçirib. Seçki ərəfəsində keçirdiyi çoxsaylı görüşlərdə Sinan Oğan dəfələrlə bayan edib ki, parlamentə seçiləcəyi təqdirdə Türkiyə ilə yanaşı Azərbaycanın maraqlarını qoruyacaq. Sinan Oğanın seçki platformasının əsasını Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Metsamor AES-in bağlanması, eləcə də İqdırda mövcud olan bir sıra iqtisadi-sosial problemlərin həlli təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450

Oxşar yazılar