Metyu Brayza: “ABŞ Azərbaycana kömək etməyə hazırdır”
ABŞ Xəzər dənizinin enerji infrastrukturunun müdafiəsi məqsədilə öz təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır. APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza deyib. O, Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığın yeni mərhələsinin başlanğıcında olduqlarını söyləyib: “Amerika Xəzərdəki enerji infrastrukturunun müdafiəsində Azərbaycana kömək etməyə hazırdır. Bizim bu sahədə təcrübəmiz var və bu təcrübəni Azərbaycanla bölüşməyə hazırıq”.
Rusiya və İranın Transxəzər neft boru kəməri layihəsini dəstəkləmədikləri nəzərə alınarsa gələcəkdə bu kəmərin təhlükəsizliyinin təmin olunmasında ABŞ-ın Azərbaycana hansı köməyi göstərə biləcəyinə dair sualı cavablandıran səfir bəyan edib ki, bu, hipotetik sualdır: “Bu həftə Azərbaycanda səfərdə olan Riçard Morninqstarın da dediyi kimi, Azərbaycan və Türkmənistanın öz enerji ehtiyatlarını hara və hansı yolla ixrac edəcəkləri yalnız bu suveren ölkələrin özündən asılıdır. Biz bu ölkələrin müstəqilliyinə və qərarlarına hörmət edirik. Düşünürük ki, bu layihə ətraf mühitin mühafizəsi ilə bağlı bütün məqamları nəzərə alacaq”.
ABŞ-la Azərbaycan arasında gözlənilən təhlükəsizlik üzrə dialoq haqda suala cavab verən M. Brayza hələlik toplantının dəqiq tarixinin müəyyən edilmədiyini vurğulayıb: “Bu toplantı Azərbaycanla təhlükəsizlik sahəsində əməkdaşlığımızda müsbət mərhələ olacaq”.

Oxşar yazılar

Ermənistanın təxribatları nəticəsində əsir və girovluqda olmuş şəxslər ifadə verdilər
21 iyul 2025 , 21:46
Prezident APA Media Qrupun 9 əməkdaşını təltif etdi
21 iyul 2025 , 17:57
Prezident media nümayəndələrini təltif etdi - SİYAHI
21 iyul 2025 , 17:37
İki gün meşədə qalandan sonra Ağdama gedə bildik - Xocalıdan olan qadın
21 iyul 2025 , 13:35
ABŞ Lukaşenkonu araqla razı saldı –Minskdəki pərdəarxası danışıqların TƏFƏRRÜATLARI
21 iyul 2025 , 11:55
III Şuşa Qlobal Media Forumu - Prezident tədbirdə iştirak edib - YENİLƏNİB
20 iyul 2025 , 09:22
Süni intellekt Putinin ölüm ilini PROQNOZLAŞDIRDI
19 iyul 2025 , 22:49