Bahar Muradova: “Bizi ittiham edirlər ki, AKP-yə dəstək veririk”
11 iyun 2011 14:21 (UTC +04:00)

Bahar Muradova: “Bizi ittiham edirlər ki, AKP-yə dəstək veririk”

Lent.az-ın Yeni Azərbaycan Partiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib. B.Muradova bildirib ki, Azərbaycanla Türkiyə qardaş dövlətdir və ölkəmiz Türkiyə vətəndaşlarının seçdiyi hakimiyyətlə hər zaman əməkdaşlıq edir. Onun sözlərinə görə, növbəti parlament seçkilərindən sonra da Türkiyə xalqının etimad göstərdiyi siyasi qüvvə ilə əməkdaşlıq ediləcək.


“Bəzən bizi ittiham edirlər ki, AKP-yə dəstək veririk. YAP Azərbaycanda, AKP isə Türkiyədə hakim partiyadır. Bu partiya ilə bizim rəsmi əlaqələrimiz var və biz sıx münasibətlər qurmuşuq. Çıxışlarımızda AKP ilə fəal əməkdaşlıq etdiyimizi söyləmişik. Amma bu münasibətləri qurmaqla Türkiyənin daxili işlərinə qarışmaq fikrimiz yoxdur. Ona görə də, Türkiyədə seçki kampaniyasına qoşulmuş bəzi partiyaların nümayəndələrinin bizə qarşı ittihamları düzgün deyil. Nəzərə almaq lazımdır ki, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri zamanı, eləcə də, dostluq qruplarında müxalifət təmsilçiləri var və biz onlarla normal münasibətdəyik. Eləcə də, beynəlxalq təşkilatlar çərçivəsində hər iki ölkənin parlamentariləri fəal əməkdaşlıq edir və bir-birimizi dəstəkləyirik. Bu zaman kimin iqtidar və ya müxalifət olduğu önəm daşımır. Ona görə də bizim münasibətlərimiz türk xalqının yerinə Türkiyədə siyasətin hansı istiqamətdə getməsini müəyyən etməyə cəhd kimi qiymətləndirilə bilməz. Biz Türkiyə xalqının iradəsi ilə həmişə hesablaşacağıq»- deyə vitse-spiker vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 510

Oxşar yazılar