Mirmahmud Mirəlioğlu: “Razılaşdırılmamış mitinqə qatılmayacağıq”
Mitinq kütləvi aksiyadır və bu aksiya təkcə partiyalar səviyyəsində həyata keçirilmir. Ona görə də iştirak edəcəyimiz mitinq razılaşdırılmış olmalıdır”.
Bu açıqlamanı APA-ya Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu verib. M. Mirəlioğlu bildirib ki, İctimai Palatanın yığıncaqlarında əvvəlcədən də təklif və tələbləri razılaşdırılmış mitinqə getməklə bağlı olub: “Razılaşdırılmış mitinqə böyük qüvvə cəlb etmək mümkündür. Bununla da aksiya əhatəli olacaq və sosial baza genişlənəcək, o cümlədən geniş xalq kütlələri mitinqdə iştirak edə biləcək. Bu gün də mövqeyimizdən çəkinmirik. Razılaşdırılmış mitinqə gedəcəyik, razılaşdırılmış mitinqdə isə iştirak etməyəcəyik”.

583