Azərbaycan, Ermənistan və Rusiya XİN başçıları Moskvada görüşəcək
APA-nın məlumatına görə, nazirlər Elmar Məmmədyarov, Edvard Nalbandyan və Sergey Lavrov prezidentlərin iyunun 25-də Kazanda keçiriləcək üçtərəfli görüşünə hazırlıq prosesini müzakirə edəcəklər.
Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov XİN başçılarının görüşündə prezidentlərə təqdim olunacaq yekun təkliflərin hazırlanacağını deyib: “Biz bu məsələdə Dovil bəyanatından çıxış edirik. O bəyanatda bildirilir ki, bu sənədin hazırlanması işimizə əlavə stimul vermiş olacaq. Güman edirik ki, Kazanda tərəflər konstruktiv mövqe nümayiş etdirəcəklər”.

474