Xarici diplomatların İctimai Palata üzvləri ilə görüşü başa çatıb
APA-nın xəbərinə görə, ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorel görüşdən sonra jurnalistlərə açıqlamasında deyib ki, görüş İP-in təşəbbüsü ilə baş tutub. Görüşdə İP tərəfindən ictimai dialoq niyyəti ilə hazırlanan “Yol xəritəsi” müzakirə edilib, onlara bu barədə məlumat verilib. Görüşdə, həmçinin İP-in iyunun 19-na təyin etdiyi mitinq də daxil olmaqla, digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
YAP funksionerlərinin bu görüşlə bağlı tənqid fikirləri barədə verilə suala isə diplomat “Bu onların öz fikirləridir” deyə cavab verib.
Müsavat başqanı İsa Qəmbər isə görüşün maraqlı keçdiyini deyib: “Kifayət qədər geniş və hərtərəfli söhbət oldu. Tərəflər həm fikirlərini bildirdilər, həm də suallar verdilər. Hesab edirəm ki, Azərbaycanın Avropaya inteqrasiyası və ölkəmizin demokratik inkişafına töhfə verən bir görüş oldu. “Yol xəritəsi”, siyasi və vicdan məhbusları, vətəndaş cəmiyyətinin problemləri, universitetlərdən qovulan müxalifətçi gənclərin Avropa universitetlərində təhsil almaları barədə müzakirələr aparıldı”.
YAP funksionerlərinin bu görüşlə bağlı fikirlərinə gəlincə, İ. Qəmbər bunları deyib: “Bu, haqlı narahatlıqdır”.
Müsavat başqanı görüşdə İP-in iyunun 19-na təyin etdiyi mitinqlə bağlı da müzakirələr aparıldığını qeyd edib: “Hər iki tərəf razılaşdırılmış aksiya tərəfdarı olduğunu bildirdi. Lakin hamı başa düşür ki, bu bizdən yox, hakimiyyətdən asılı olan məsəldir. Biz dinc aksiya keçirmək istəyirik”.
Qeyd edək ki, görüşdə ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorel, Avropa Şurası baş katibinin Azərbaycandakı nümayəndəsi Konstantin Erokostopulos, Böyük Britaniya səfiri Kerolayn Braun, Avropa Birliyi, Polşa, Almaniya, ABŞ, Fransa və Türkiyənin Azərbaycandakı diplomatik nümayəndəliklərinin təmsilçiləri iştirak ediblər.
İctimai Palatanın Koordinasiya Şurasının üzvlərindən isə görüşə İsa Qəmbər, Əli Kərimli, Vidadi Mirkamal, Mehriban Vəzir və Zəfər Quliyev qatılıblar.

507