ATƏT və Avropa ölkələrinin səfirləri İctimai Palatada
İctimai Palatanın Koordinasiya Şurasının üzvü Mehriban Vəzirin Lent.az-a verdiyi məlumata görə, görüş təklifi İP-dən gəlib: “Biz bu cür görüşlərin təşkil edilməsi üçün ATƏT-in Bakı ofisi ilə danışıqlar aparmışdıq. Aprelin 8-dəki görüşdən sonra belə bir ortaq qərara gəlmişdik ki, bu formatda keçirilən görüşlər davam etdirilsin. Budəfəki görüş də həmin qərarın nəticəsidir”.
Mehriban Vəzir deyib ki, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, İP-in hazırladığı “Yol xəritəsi” və s. məsələlər müzakirə ediləcək. KŞ üzvü deyib ki, bu formatda görüşlər gələcəkdə də davam etdiriləcək.
Anar GƏRAYLI

407