Qənirə Paşayeva seçkiləri izləmək üçün Makedoniyadan Türkiyəyə gedib
Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva iyunun 12-də Türkiyədə keçiriləcək parlament seçkilərini izləyəcək AŞPA-nın müşahidə missiyasının üzvü kimi bu ölkəyə səfər edib. Millət vəkili AŞPA müşahidə missiyasının üzvü kimi seçkiləri paytaxt Ankarada izləyəcək.
Bu gün AŞPA müşahidə missiyasının üzvləri Türkiyənin Seçki qurumunun rəhbəri Ali Em, Ədalət və İnkişaf partiyasının (AKP), Cümhuriyyət Xalq partiyasının (CHP), Milliyyətçi Hərəkat partiyasının (MHP) rəsmiləri ilə görüşərək seçkilərlə bağlı müzakirələr aparıblar.
Bundan başqa missiya üzvləri Barış və Demokratiya partiyasının (BDP) rəsmiləri, Türkiyənin “Hürriyyet”, “Today’s Zaman”, CNN-Türk və TRT kanallarının rəsmiləri, 10-a yaxın qeyri-hökumət təşkilatlarının rəhbərləri ilə görüşərək müzakirələr aparacaqlar.
İyunun 12-də Türkiyənin müxtəlif bölgələrində seçkiləri izləyəcək müşahidə missiyasının üzvləri iyunun 13-ü səhər paytaxt Ankaraya toplaşacaq, burada missiyanın seçkilərlə bağlı açıqlaması veriləcək və mətbuat konfransı keçiriləcəkdir.

444