Prezident İlham Əliyevin Sloveniyaya səfəri davam edir
Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sloveniya Respublikasının baş naziri Borut Pahor ilə görüşüb.
Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafı təqdir olunub, ikitərəfli münasibətlərin Azərbaycan-Avropa Birliyi çərçivəsində önəmi vurğulanıb.
Borut Pahor Prezident İlham Əliyevin Sloveniyaya səfərinin ölkələr arasında iqtisadiyyatın konkret sahələrinin perspektivlərinin nəzərdən keçirilməsi üçün yaxşı imkan yaratdığını söyləyib. Görüşdə Azərbaycan-Sloveniya Biznes Forumunun keçirilməsinin əhəmiyyətli olduğu qeyd edilib.
Bu gün Lyublyanada Azərbaycan-Sloveniya Biznes Forumu da keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Sloveniya Prezidenti Danilo Türk biznes forumda iştirak ediblər. Biznes Forumda hər iki ölkədən 200-ə yaxın iş adamı qatılıb. Prezidentlər biznes forumda çıxış ediblər. Biznes Forumu çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər təşkil olunub, əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə müzakirə aparılıb.

473