Qənirə Paşayeva Makedoniyada icma, QHT və KİV nümayəndələri ilə görüşüb
Lent.az-ın məlumatına görə, bu görüşlər zamanı Qənirə Paşayeva Azərbaycanla bağlı ətraflı məlumat verib.
Millət vəkili deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün türklər Ermənistanın törətdiyi vandalizm aktlarını, erməni yalanlarını və Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması üçün səylərini daha da artırmalıdırlar. Millət vəkili onları Azərbaycana dəvət edib.
Makedoniyanın paytaxtı Skopyedə (Üsküpdə) fəaliyyət göstərən və ölkənin bir sıra bölgələrində nümayəndəlikləri olan “Ufuk” qeyri-hökumət təşkilatının rəhbəri Enes İbrahim bildirib ki, təşkilatlarının fəaliyyətində və qurumun nəşri olan “Ufuk” dərgisində Azərbaycan həqiqətləri, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, dinc Azərbaycan türklərinə qarşı törətdiyi soyqırımlar barədə məlumatlar daima öz əksini tapır və bundan sonra bu istiqamətdə səylərini daha da artıracaqlar.
Bütün şəhər və bölgələrdə keçirilən görüşlərdə və fikir mübadiləsi zamanı Makedoniya türk icmasının üzvləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri Azərbaycanı çox sevdiklərini, “Eurovision” mahnı yarışmasında Azərbaycanın qələbəsini bütün türklərin qələbəsi kimi dəyərləndirdiklərini, Nigar və Eldarın Azərbaycan və Türkiyə bayraqları ilə birgə səhnəyə çıxmalarını böyük sevinc və qürurla izlədiklərini, Azərbaycan həqiqətlərinin təbliği və erməni yalanlarının qarşısının alınması istiqamətində öz səylərini artıracaqlarını bəyan ediblər. Azərbaycana səfər etmək istədiklərini bildirən türk icmalarının, qeyri-hökumət təşkilatlarının və KİV-nin rəhbərləri Azərbaycanla Makedoniya, xüsusilə bu ölkədə yaşayan türk icması ilə əlaqələrin, əməkdaşlığın artmasının vacib olduğunu vurğulayıblar.

425