Əcnəbilərlə bağlı qanun sərtləşdirildi
Lent.az-ın məlumatına görə, dəyişiklik barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Dəyişikliyə görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində olma, yaşama və ya tranzit keçmə qaydalarını pozmasına, buna hüquq verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşamasına, etibarsız sənədlərlə yaşamasına, gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olmasına, işə düzələrkən qanunvericilikdə müəyyən olunmuş qaydalarını pozmasına, bir yerdən başqa yerə getmə və yaşayış yeri seçmə üçün qanunvericilikdə müəyyən olunmuş qaydaya əməl etməməsinə, qalma müddəti qurtardıqdan sonra getməkdən boyun qaçırması qanunvericiliyin pozulması hesab olunacaq.
Həmçinin, ölkə ərazisindən tranzitlə keçmə qaydalarına əməl etməməsinə görə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan hüdudlarından kənara inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla 300 manatdan 400 manatadək cərimə ediləcəklər.
Əcnəbiləri Azərbaycana dəvət etmiş və onlara yaşayış sahəsi vermiş Azərbaycan vətəndaşları və ya ölkədə daimi yaşayan əcnəbilər həmin şəxslərin müvəqqəti olma müddəti bitdikdən sonra müəyyən olunmuş qaydada vaxtında ölkə ərazisindən çıxmasını təmin edilməsi üçün tədbir görülməməsinə görə 300 manatdan 400 manatadək cərimə olunacaq.
Dəyişikliklərdə o da nəzərdə tutulub ki, Azərbaycanda əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri qəbul edən, onlara xidmət göstərilməsini və ya onların işə qəbul olunmasını təmin edən, onların ölkə ərazisində olması, yaşaması və ya Azərbaycan ərazisindən tranzitlə keçməsi şərtlərinə əməl edilməsi ilə əlaqədar vəzifələri yerinə yetirən müəssisə, idarə və ya təşkilatların vəzifəli şəxsləri tərəfindən əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin qeydiyyata alınmasının və qeydiyyatdan çıxarılmasının, onlara Azərbaycanda olma və ya yaşama hüququ verən sənədlərin rəsmiləşdirilməsinin müəyyən edilmiş qaydada pozulmasına görə, vəzifəli şəxslər 300 manatdan 500 manatadək cərimə edilsin.
Komitə sədri qeyd edib ki, Məcəlləyə edilmiş əlavəyə əsasən işəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla fərdi icazə alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək miqdarda, hüquqi şəxslər isə 30 min manatdan 35 min manatadək cərimə ediləcəklər.
Müzakirələrdən sonra İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təsdiqlənib.
Anar GƏRAYLI

424