NATO-nun Hüququn Aliliyi üzrə Sahə Dəstək Missiyası təsdiqlənib
İyunun 9-da müdafiə naziri Səfər Əbiyev NATO müdafiə nazirlərinin Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatlarına töhfə verən qeyri-NATO dövlətləri ilə keçirilmiş görüşündə iştirak edib.
Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyindən Lent.az-a verilən məlumata görə, Brüssel şəhərində NATO Mərkəzi Qərargahında keçirilən görüşdə nazirlər ISAF əməliyyatının hazırkı vəziyyəti, rəhbər rolun Əfqanıstan tərəfinə ötürülməsi və ondan sonrakı vəziyyət, əfqan təhlükəsizlik qüvvələrinin inkişafı məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
İclasda Əfqanıstanda qanunun aliliyinin gücləndirilməsi məqsədilə NATO-nun Hüququn Aliliyi üzrə Sahə Dəstək Missiyası təsdiqlənib.
Səfər Əbiyev həmin gün NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Apaturayla görüşüb. Görüşdə tərəflər Azərbaycan-NATO münasibətlərini, NATO ilə qarşılıqlı operativ uzlaşmanın artırılması, ölkəmizin ISAF əməliyyatına töhfəsi və digər məsələləri müzakirə edib, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi ilə bağlı fikir mübadiləsi aparıblar. Səfər çərçivəsində nazir Səfər Əbiyev Polşanın müdafiə naziri Boqdan Kliç ilə də görüşüb. Görüşdə iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

445