Parlamentdə Yusuf Ziya Arpacıq söhbəti
10 iyun 2011 13:03 (UTC +04:00)

Parlamentdə Yusuf Ziya Arpacıq söhbəti

“Mən burdan Türkiyə hökumətinə müraciət etmək istəyirəm ki, Qarabağ döyüşlərində də iştirak etmək qazi Yusif Ziya Arpacıq həbsdən buraxılsın. Çox istərdim ki, Azərbaycan Milli Məclisi də bu məsələ ilə bağlı bir qrup deputat adından Türkiyə hökumətinə rəsmi müraciət ünvanlasın”.


Lent.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasında deputat İqbal Ağazadə deyib. O, Yusif Ziya Arpacığın həbsinin ədalətsiz olduğunu və onun azadlığa buraxılmasını istədiyini qeyd edib.

Qeyd edək ki, Türkiyənin Milliyətçi Hərəkat Partiyasının üzvü Yusif Ziya Arpacıq bir neçə gün əvvəl təxribat ittihamı ilə saxlanılıb. Sonradan onun adı MHP-nin seks kaseti qalmaqalında da hallandırılıb.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 721

Oxşar yazılar