Siyavuş Novruzov: “Ola bilsin ki, istintaqın yekununda o şəxslər buraxılacaq”
10 iyun 2011 13:01 (UTC +04:00)

Siyavuş Novruzov: “Ola bilsin ki, istintaqın yekununda o şəxslər buraxılacaq”

Lent.az-ın məlumatına görə, bunu Milli Məclisin bugünkü iclasında çıxış edən deputat Siyavuş Novruzov deyib. O, həmkarı İqbal Ağazadənin “son əfv fərmanı 2 apreldə tutulan şəxslərə şamil edilməli, həmçinin, Bəxtiyar Hacıyevə də alternativ hərbi xidmətdən istifadəyə imkan verilməli idi” fikirlərinə münasibət bildirib.

S.Novruzov Bəxtiyar Hacıyevin məsələsi ilə bağlı da münasibət bildirərək deyib ki, kimliyindən asılı olmayaraq, hər kəs hərbi çağırışla bağlı qanunun tələblərinə riayət etməlidir: “Alternativ xidmətdən yararlanmaq istəyən şəxslər ya dini baxımdan, ya da bir sıra Avropa ölkələrində olduğu kimi cinsi baxımdan əngəli olduğunu irəli sürərək, əsgərlik çəkməkdən imtina edə bilərlər. İndi kim bu iki məsələdən birini özünə aid edirsə, o bu məsələ ilə bağlı müraciət etsin və hərbi çağırışla bağlı qanunun tələblərinə uyğun olaraq, işini nəticələndirsin”.

YAP üzvü deyib ki, bir müəllimin oğlu əsgərlikdən yayınanda ona həbs verirlər, ancaq bir başqasının bu niyyəti olanda onu məsələsi Milli Məclisdə qaldırılır: “Bu normal hal deyil, qanun hər kəsə eyni dərəcədə şamil edilməlidir”.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 402

Oxşar yazılar