Bu gün Milli Məclisin növbədənkənar sessiyasıdır
10 iyun 2011 10:46 (UTC +04:00)

Bu gün Milli Məclisin növbədənkənar sessiyasıdır

Lent.az-ın məlumatına görə, bugünkü iclasın gündəliyinə 24 məsələ daxildir.

Əmək Məcəlləsinə, “Əmək pensiyaları haqqında” qanuna, İnzibati Prosessual Məcəlləyə, “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında”, “İcra məmurları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, Mülki Məcəlləyə, Vergi Məcəlləsinə, “Dini etiqad azadlığı haqqında”, “Ekstradisiya haqqında”, “Məhkəmə Hüquq Şurası haqqında”, “Dövlət dili haqqında” qanunlarda dəyişikliklərin müzakirə olunacağı iclasda bir sıra digər məsələlər də səsverməyə çıxarılacaq.

Qeyd edək ki, nizamnaməyə görə, Milli Məclisin yaz sessiyasının iclası may ayının 31-də yekunlaşsa da, müzakirə olunmalı bir sıra vacib məsələlərin olduğu diqqətə alınaraq, 78 deputatın müraciətinə əsasən iyun ayına da sessiya təyin olunub.

İyun ayında Milli Məclisin iki növbədənkənar sessiyasının keçirilməsi nəzərdə tutulur.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 493

Oxşar yazılar