ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanat yayıblar
APA-nın ATƏT-in rəsmi internet səhifəsinə (www.osce.org) istinadən verdiyi xəbərə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri 6-9 iyun tarixlərində Bakıda, Dağlıq Qarabağda və Yerevanda olublar. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə birgə həmsədrlər Azərbaycan prezidenti İlham Əliyevlə, Ermənistan prezidenti Serj Sarqsyanla və separatçı Dağlıq Qarabağ rejiminin nümayəndələri ilə görüşüblər.
Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Dmitri Medvedev və Ermənistan prezidenti Serj Sarqsyanın Kazanda keçiriləcək görüşə hazırlığı çərçivəsində, həmsədrlər tərəflərlə ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin 26 may tarixli Dovil bəyanatına uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsinin həllinin əsas prinsiplərinin tamamlanması və təsdiqlənməsinə yönəlmiş və münaqişənin sülh yolla həllinin əsasını təşkil edəcək addımlarını müzakirə ediblər.
7 iyun tarixində həmsədrlər Ağdam rayonunda tərəflərin atəşkəs rejiminə riayət etməsinin mümkünlüyünü nümayiş edərək, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttini piyada keçiblər. Bu, həmsədrlərinin, son 16 il müddətində bərabər olaraq son 10 ay ərzində təmas xəttinin üçüncü bu cür keçididir.
Bununla əlaqədar həmsədrlər tərəfləri bu keçid dövründə hər hansı bir təxribat xarakterli addım və hərəkətlərinə yol verməməyə çağırıblar.

460