İP Koordinasiya Şurası 19 iyun mitinqinə hazırlığı müzakirə edib
09 iyun 2011 18:43 (UTC +04:00)

İP Koordinasiya Şurası 19 iyun mitinqinə hazırlığı müzakirə edib

Bu barədə Lent.az-a İP KŞ-nin üzvü və bugünkü iclasa sədrlik edən Mehriban Vəzir məlumat verib.

O bildirib ki, toplantıda əsas müzakirə mövzusu iyunun 19-da keçirilməsi planlaşdırılan mitinq məsələsi olub. M.Vəzirin sözlərinə görə, mitinqlə bağlı İP-in müxtəlif strukturlarının dinləmələri həyata keçirilib.

Həmçinin, İP-in Müdaifə Komitəsi həbsdə olan üzvlərlə bağlı son durumla bağlı məlumat verib, onların müdafiəsi ilə bağlı növbəti tədbirlər barədə danışıblar.

Bundan əlavə, İP-in rayon şöbələrinin yaradılmasının davam etdirilməsi və onların gələcək fəaliyyətinin istiqamətləri müzakirə edilib.

M.Vəzir, həmçinin, onu da qeyd edib ki, KŞ-nin iclasında mitinqlə bağlı BŞİH-ə KAXCP təmsilçisinin də imzası ilə yenidən məktub göndərilməsi barədə məlumat verilib.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 451

Oxşar yazılar