Ramil Usubov Şirvan bölgəsinə gedəcək
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iyulun 9-da Şirvan bölgəsinə səfər edəcək. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Göyçay şəhərində daxili işlər orqanları əməkdaşlarının fəaliyyəti ilə bağlı vətəndaşların qəbulunu keçirəcək.
Həmin gün Göyçay, Ağsu, Qobustan, Şamaxı, İsmayıllı, Yevlax, Mingəçevir, Ucar, Kürdəmir, Ağdaş rayonlarından olan şikayətçilər nazirin qəbuluna düşə bilərlər.
Həmin gün Göyçay, Ağsu, Qobustan, Şamaxı, İsmayıllı, Yevlax, Mingəçevir, Ucar, Kürdəmir, Ağdaş rayonlarından olan şikayətçilər nazirin qəbuluna düşə bilərlər.
453