CAREC ölkələrində sərhəd xidmətləri və vahid pəncərə sistemi müzakirə edilib
09 iyun 2011 13:49 (UTC +04:00)

CAREC ölkələrində sərhəd xidmətləri və vahid pəncərə sistemi müzakirə edilib

Asiya İnkişaf Bankının Azərbaycandakı Daimi Nümayəndəliyindən Lent.az-a verilən məlumata görə, CAREC ölkələrinin nümayəndələri, Asiya İnkişaf Bankının təmsilçiləri və məsləhətçilər seminarda iştirak ediblər.

Görüşdə sərhəd-keçid məntəqələrinin təkmilləşdirilməsi, vahid pəncərə sistemi və ticarətin yüngülləşdirilməsi məsələləri müzakirə edilib. Görüş iştirakçıları həmçinin nəqliyyat və ticarətin yüngülləşdirilməsi, sərhəd-keçid məntəqələrində infrastruktur ehtiyaclarının ödənilməsi üzrə fəaliyyət planını da müzakirə ediblər.

Qeyd edək ki, Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı əməkdaşlıq yolu ilə inkişafı təbliğ etmək, yoxsulluğu azaltmaq üçün birgə fəaliyyət göstərən 10 ölkənin tərəfdaşlıq təşəbbüsüdür və 6 beynəlxalq institut tərəfindən dəstəklənir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 545

Oxşar yazılar