ATƏT rəsmisi: “Polisin xalqa xidmət etməli olduğunu başa düşmək çətindir”
Lent.az-ın məlumatına görə, bunu iyunun 9-da ATƏT-in Bakı ofisinin təşkilatçılığı keçirilən Cəmiyyət dəstəkli polis işinə dair ikinci beynəlxalq konfransda çıxış edən ATƏT katibliyinin Strateji Polis Məsələləri Bölməsinin rəhbər müavini Manuel Marion deyib.
O deyib ki, qanunlara dövlət qurumları tərəfindən əməl edildikdə, polisin fəaliyyəti səmərəli ola bilər. Əks halda, bu mümkün olmayacaq. Bunun olmayacağı halda, xalqı polisə inandırmağın çətin olacağını qeyd edən ATƏT rəsmisi bildirib ki, polis səlahiyyətindən balanslı istifadə istənilən polis fəaliyyətində əsas götürülməlidir.
Bəzən polisin güc tətbiq etməsinin qaçılmaz olduğunu deyən ATƏT rəsmisi polisin bu zaman beynəlxalq davranış qaydalarına riayət etməli olduğunu, bu qaydaları bilməsi gərəkdiyini vurğulayıb. Demokratik polis işinin mühüm elementinin məsuliyyət olduğunu bəyan edən M.Marion mexanizmin necə olmasından asılı olmayaraq, aidiyyatı qurumların məsələləri ədalətli araşdırmalı olduğunu deyib.
ATƏT nümayəndəsi sonda deyib ki, bu cür müzakirələrin demokratik polis işini yaratmağa kömək edəcəyinə inanır və ATƏT Azərbaycan polisi ilə işini davam etdirəcək.
Anar GƏRAYLI

396