ATƏT-in Bakı ofisi Azərbaycan polisi ilə birgə konfrans keçirir
09 iyun 2011 10:36 (UTC +04:00)

ATƏT-in Bakı ofisi Azərbaycan polisi ilə birgə konfrans keçirir

Lent.az-ın məlumatına görə, konfrans Azərbaycanın yüksək rütbəli polis məmurları ilə yanaşı hökumət nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri və beynəlxalq ekspertləri bir araya gətirib.

ATƏT-in Bakı ofisi 5 il əvvəl başladığı bu layihə çərçivəsində Daxili İşlər Nazirliyi ilə sıx əməkdaşlıq edərək, Azərbaycanda cəmiyyət dəstəkli polis işini və polislə cəmiyyət arasında tərəfdaşlığın digər formalarını inkişaf etdirməyə çalışıb.

ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel bildirib ki, bu layihənin icrası nəticəsində polislə ictimaiyyət arasındakı ünsiyyət nəzərəçarpacaq dərəcədə inkişaf edib. O bildirib ki, rəhbərlik etdiyi qurum həmçinin polis xidmətində qadınların sayının artırılması, eləcə də məişət zorakılığı və insan alveri kimi gender yönümlü qanun pozuntularının daha səmərəli həlli yollarının tapılması üçün də birgə çalışırlar.

Bugünkü konfransda həmçinin, ATƏT Katibliyinin Strateji Polis Məsələləri bölməsi Azərbaycanda icra olunan cəmiyyət dəstəkli polis layihəsinə dair hazırladığı qiymətləndirmə hesabatını da açıqlayacaq.

Hesabatda cəmiyyət dəstəkli polis işində polis məmurlarının səriştəsinin daha da təkmilləşdirilməsinə dair tövsiyələr öz əksini tapıb. Sənəddə həmçinin cəmiyyət dəstəkli polis işini təşviq etmək üçün polis strukturlarının təkmilləşdirilməsi məsələsinə də diqqət ayrılır.

Konfransda Almaniya, Estoniya, İrlandiya və s. kimi xarici ölkələrdən nümayəndələr və Azərbaycan daxili işlər nazirliyinin yüksək çinli zabitləri də iştirak edir.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 592

Oxşar yazılar