İsa Qəmbər: “Bu məsələdə hətta hakimiyyətlə də əməkdaşlıq edə bilərik”
08 iyun 2011 19:54 (UTC +04:00)

İsa Qəmbər: “Bu məsələdə hətta hakimiyyətlə də əməkdaşlıq edə bilərik”

Lent.az-ın məlumatına görə, təxminən 150 gəncin iştirak etdiyi görüşdə əvvəlcə partiyanın gənclər təşkilatının sədr müavini Səxavət Soltanlı Müsavata yeni üzv olan gənclərin adlarını sadalayaraq bildirib ki, son bir ayda partiyaya 39 gənc üzv olub.

Partiyanın başqanı İsa Qəmbər gənclərlə görüşməkdən məmnunluğunu bildirib. İ.Qəmbər deyib ki, Müsavat hər zaman gənclərin partiyası olub: “Rəsulzadə bu partiyanı quranda onun cəmi 27 yaşı var idi. Azərbaycan Demokratik Respublikası elan olunanda isə Rəsulzadə 34 yaşında gənc idi. Müsavat ikinci dəfə bərpa olunanda da partiyanın ön sıralarında hər zaman gənclər olublar”.


Çıxış ardınca İsa Qəmbər gənclərin suallarına cavab verib. Müsavat Partiyasının Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu bəyan edən İsa Qəmbər deyib ki, məsələnin sülh yolu ilə həll olunması imkanları hələ tükənməyib: “Biz müharibəni görmüş, yaşamış, onun içindən çıxmış insanlarıq. Sülh variantı baş tutmayacağı halda, digər variant da istisna deyil”.


İ.Qəmbər deyib ki, Qarabağ məsələsinin həlli ilə bağlı müzakirələrdə istənilən tərəflə eyni masaya əyləşə bilərlər: “Biz bu məsələdə hətta hakimiyyətlə belə müzakirə apara, əməkdaşlıq edə bilərik”.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 426

Oxşar yazılar