Müsavat başqanının müavini: “Sərdar Cəlaloğlu bir növ özü-özünü təkzib edir”
“Sərdar Cəlaloğlu özü qeyd edir ki, bu gün AXCP və Müsavatdan kənarda olan birlik müxalifətin vahid güc mərkəzi kimi çıxış edə bilməz, sonra da deyir, bu partiyalar dəyişikliyi imitasiya edir. Özü-özünü bir növ təkzib edir. S.Cəlaloğlu əvvəllər də AXCP və Müsavatın səhv addım atdığını deyib, bəs yaxşı, necə olur ki, bu iki partiya hələ də cəmiyyətdə ən güclü olaraq qalırlar? Bəlkə onun ümumi yanaşması, kriteriyaları doğru deyil? Bu haqda düşünsün”.
Bunu Lent.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu ADP sədri Sərdar Cəlaloğlunun “AXCP və Müsavat Partiyasının atdığı addımlar dəyişikliyə cəhdin imitasiyasıdır” sözlərinə münasibət bildirərkən deyib.
O bildirib ki, S.Cəlaloğlu desin görək nəyin imitasiyasını nəzərdə tutur: “Belə çıxır ki, bu gün həbsdə olan Arif Hacılı, Tural Abbaslı və digər 10-dan çox adam imitasiya edirlər? Bu, insafsız, ədalətsiz mövqedir. Qətiyyən razı deyiləm”.
T.Yaqublu qeyd edib ki, ADP sədri həqiqi cəhdlərin nədən ibarət olduğunu açıqlasın. “Nəyə deyir axı həqiqi dəyişiklik cəhdləri? Açıqlasın, biz də görək ki, filan şeyləri yanlış edirik”.
Anar GƏRAYLI

406