Miroslav Layçak: “Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll ediləcəyinə ümidvaram”
İyunun 7-də xarici işlər naziri Elmar Məmmədyarov Avropa Xarici Siyasət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə idarəedici direktoru Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Avropa Birliyi münasibətlərinin cari vəziyyəti və perspektivləri barəsində fikir mübadiləsi aparılıb, əməkdaşlığın intensivləşdiyi və bu istiqamətdə Şərq Tərəfdaşlığı Proqramının böyük rolu olduğu vurğulanıb.
Dağlıq Qarabağ münaqişəsinin hələ də nizamlanmamış qaldığını deyən Elmar Məmmədyarov münaqişənin həllinə dair aparılan danışıq prosesi barədə məlumat verib. O, Azərbaycan ərazilərindən işğalçı qüvvələrin çıxarılması, ərazi bütövlüyümüzün bərpası və doğma yurdlarından didərgin düşmüş azərbaycanlıların öz torpaqlarına qayıtmasının regionda sülh və sabitliyin təmin olunması üçün başlıca şərt olduğunu söyləyib.
Miroslav Layçak isə Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll ediləcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə qarşılıqlı maraq kəsb edən müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparılıb.

445