Rusiya səfiri: “Ciddi razılaşmalar əldə etmək şansı var”
08 iyun 2011 12:35 (UTC +04:00)

Rusiya səfiri: “Ciddi razılaşmalar əldə etmək şansı var”

Danışıqların detallarını açıqlaya bilmərəm, amma biz “Rusiya vasitəçi kimi əlindən gələn hər şeyi edir” dedikdə, kələk gəlmirik. Beynəlxalq birliyin səyləri nəticəsində ciddi razılaşmalar əldə etmək şansı var və Rusiya bu şansdan yararlanmaq üçün əlindən gələn hər şeyi edir”. APA-nın məlumatına görə, bu fikirləri Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Rusiya Gününə həsr olunmuş mətbuat konfransında deyib.

Səfir bildirib ki, həmsədr ölkələrdən yalnız Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqları ən yüksək səviyyədə aparır: “Danışıqlarda bizi məyus edən məqamlar olub, hazırda isə ümid anıdır. Danışıqlar gedir, həmsədrlər hazırda regiondadır, iyunun 11-də nazirlər görüşəcək, ayın sonunda prezidentlərin görüşü nəzərdə tutulur. Əvvəlcədən təxmin etmək istəməzdim, amma bütün bunlar münaqişənin tezliklə nizamlanacağına dair ümidləri artırır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 599

Oxşar yazılar