“Tələbələrin təhsili başa çatdığı dövrdə onlara iş yerləri təklif olunmalıdır”
Alyona Bandurina - 14 oktyabr 1987-ci ildə Bakı şəhərində anadan olub.
2003-2007 –ci illərdə Rəssamlıq Kollecində, 2007-2011-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Rəngkarlıq fakültəsində təhsil alıb. 2001-ci ildən Respublika və beynəlxalq səviyyəli sərgilərdə (Gürcüstan, Türkiyə və s.) fəal iştirak edir. 2008-ci ildə keçirilmiş “V Delfi” Oyunlarında təsviri sənət nominasiyası üzrə gümüş medal qazanıb. 2008-ci ildə “Gənclər mükafatı” ilə təltif olunub. 2009-cu ildə Rəssamlar İttifaqının gənclər bölməsinə daxil olub.
2008-2010-cu illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Tələbə Gənclər Təşkilatının sədr müavini olub, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramını hazırlayan İşçi Qrupunun üzvüdür.
Gənclik hər bir cəmiyyətdə ən dinamik və aparıcı qüvvədir. Bəs Azərbaycan gəncləri nə dərəcədə fəaldırlar? Aprelin 21-də müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul edən prezident İlham Əliyev “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması prosesində gəncləri aktiv olmağa çağırması da bu baxımdan diqqət çəkməyə bilməzdi. Bu görüşdə iştirak edən, Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramını hazırlayan İşçi Qrupunun üzvü olan Alyona Bandurina nikbindir...
- Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında necə iştirak edirlər?
- Gənclərin rolu ölkənin, istər ictimai-siyasi, istər iqtisadi, istərsə də mədəni həyatında böyükdür. Azərbaycanın hər bir vətəndaşı dövlətin və cəmiyyətin bir hissəsidir, buna görə də dövlət quruculuğunda və onun inkişafında mütləq iştirak etməlidir. Gənclər hər zaman cəmiyyətin əsas qüvvələrindən biri olub. Hazırda gənclərin cəmiyyətdəki rolu və gənclər siyasəti fəal şəkildə inkişaf edir. Çox sevindirici haldır ki, dövlət tərəfindən də hər zaman gənclərin problemlərinə xüsusi diqqət və qayğı göstərilir.
- Bu gün Azərbaycan gəncliyinin üzləşdiyi əsas problemləri necə sadalamaq olar?
- Hazırda gəncləri narahat edən əsas problemlər iş və mənzil təminatı, o cümlədən təhsil sahəsindəki problemlərdir. Mən əminəm ki, prezident İlham Əliyev tərəfindən imzalanacaq “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı bu problemlərdən bir çoxunu həll etməyə kömək edəcək.
- Təhsildən söz düşmüşkən, xaricdə təhsil alan tələbələrin işlə təminatı sahəsində hansı addımların atılmasını vacib sayırsınız?
- Xarici dövlətdə təhsil almaq, bizim gənclərə öz dünya görüşünu artırmağa kömək edir. Bu, Azərbaycan və xarici ölkələr arasında incəsənət ,mədəniyyət arxitektura, müxtəlif fəaliyyət sahələrində olan fərqləri görmək, başqa dövlətlərdəki üstünlükləri qəbul edib, respublikamızın inkişafı üçün sərf etməkdə yardımçı olur. Xaricdə təhsil alan tələbələrin iş təminatına gəldikdə isə, fikrimcə, bu işlə birinci növbədə dövlət məşğul olmalıdır. Həmin tələbələr təhsilinin başa çatdığı dövrdə artıq onlar üçün iş yerləri yerlər ayrılmalı və təklif olunmalıdır. Yerli ali təhsil ocaqlarının məzunlarını da yaddan çıxartmaq olmaz. Yaxşı mütəxəssislər hər zaman hər yerdə lazımdır.
- Gənclərin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevlə görüşünü necə dəyərləndirirsiniz? Görüş sizdə hansı təəssüratı yaradıb?
- Görüşün özü gənclərin təmsilçiləri üçün çox əhəmiyyətli hadisədir. Bu görüşdə gənclərin təmsilçiləri arasında ola bilmək imkanına sahib ola bildiyim üçün qürur duyuram. Təəssüratlarım ancaq müsbətdir. Görüş yaxşı keçdi, bizi və digər gəncləri də maraqlandıran sualları vermək şərəfinə nail olduq. Düşünürəm ki, orda verilən sualların, müxtəlif sahələrdə gəncləri narahat edən problemlərin həllinə aid edilən təkliflərin çoxu “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında öz cavabını tapacaq.
Görüş zamanı çox məsələlərə toxunuldu, müxtəlif sahələrə aid kifayət qədər təkliflər irəli sürüldü. Ancaq mən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təmsilçisi olduğum üçün bizim hər bir tələbəmizi maraqlandıran suallarla maraqlanmaya bilməzdim. Akademiyanı bitirmiş gənc rəssamlara və ya incəsənət sahəsində müəyyən nailiyyətlər əldə etmiş gənclərə rəssamlıq atelyesinin (emalatxanasının) verilməsini, eyni zamanda mədəniyyət, elm, intellektual oyunlar və digər sahələrdən olan istedadlı gənclər üçün Azərbaycan Respublikası prezidentinin illik təqaüdünün təsis edilməsini təklif etdim. Bu, gənclərin professional, fikri inkişafını sürətləndirər və daha böyük uğurlar qazanmaq üçün həvəsləndirə bilər.
Yuxarıda da qeyd etdiyim kimi hazırda gənclərin ən əsas problemlərindən biri mənzil təminatıdır. Görüş zamanı bu məsələ də diqqətsiz qalmadı və görüşün əvvəlində prezident şəxsən özü bu məsələnin həllinin vacibliyini və onun Dövlət Proqramına daxil ediləcəyini vurğuladı.
Sonda bir məqamı da qeyd etmək istəyirəm. Gənclərimizin vətənpərvər ruhda böyümələrinə xüsusi diqqət yetirmək çox vacibdir. Çünki bunun sayəsində vətənini sevən, onun mədəniyyətinə dəyər verən və ənənələrinə ehtiramla yanaşan nəsil yetişir. Biz bunun sayəsində dövlətimiz gücləndirmək, inkişaf etmək və möhkəmlənmək imkanlarını genişləndirəcəyik.
Ramiz Mikayıloğlu

978