Soydaşımız Gürcüstan kənd təsərrüfatı nazirinin müşaviri oldu
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Ocaqquliyev Emil Fərhad oğlu Gürcüstan kənd təsərrüfatı nazirinin müşaviri təyin olunub. 1985-ci ilin iyulun 25-də Tiflis şəhərində anadan olan soydaşımız gürcü, rus və ingilis dillərini bilir. Gürcüstan Beynəlxalq İnformatika, Mədəni Əlaqələr və Hüquq Universitetində təhsil alıb. Müxtəlif QHT təşkilatlarında çalışan, Tiflisdə Gənc Hüquqşünaslar Assosiasiyasının təsisçilərindən biri olub. Azadlıq və Sülh Fondu QHT təşkilatında hüquq şöbəsinin müdiri işləyib. Emil Ocaqquliyev Gürcüstan Cəzaların İcrası və Yardımı Nazirliyində müşavir vəzifəsində də çalışıb. Gürcüstan Ombudsmanının Kvemo-Kartli bölgəsi üzrə nümayəndəsi olub. Bu ilin İyunun 1-dən Gürcüstan kənd təsərrüfatı nazirinin müşaviri təyin olunub.
Emil Ocaqverdiyev APA-ya bildirib ki, yeni vəzifədə kənd təsərrüfatına aid olan bütün məsələlərlə məşğul olacaq, ölkədə kənd təsərrüfatının problemlərinin aradan qaldırılmasına çalışacaq, onun inkişafına öz töhfələrini əsirgəməyəcək.

448