Misirdəki səfirimiz xalçalarımızdan yazıb
UNESCO-nun qeyri-maddi irs siyahısına salınmış Azərbaycan xalçaçılıq sənətinin Misirdə və ərəb dünyasında daha geniş şəkildə təbliği məqsədlə Misir Ərəb Respublikasının Mədəniyyət Nazirliyi və Qahirə Opera evinin mətbuat orqanı olan “Əl-Xəyal” jurnalının may-iyun ayları üzrə olan sayında məqalə dərc olunub.
Azərbaycanın Misirdəki səfirliyindən Lent.az-a verilən məlumata görə, “Azərbaycan gözəllik, incəsənət və zərif ilmələrin paytaxtıdır” başlıqlı məqalənin müəllifi Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevdir.
Məqalədə qeyd olunur ki, Azərbaycan xalçalarında xalqımızın zəngin daxili aləmi, dünyagörüşü və gözəllik duyumu əksini tapır və Azərbaycan xalçaçılıq sənətinin yaranmasını tunc dövrünə təsadüf edir. Müxtəlif arxeoloji tapıntılar əsasında artıq eramızdan əvvəl II əsrdə Azərbaycan ərazisində xalçadan müxtəlif növ məmulatlar hazırlanıb. Tarixi mənbələrə və Avropa səyyahlarının təsvirlərinə əsasən, Azərbaycan orta əsrlərdə gözəl xalçalar istehsal edən mərkəzlərdən biri kimi tanınır. Məqalədə təbii şəraitin rəngarəngliyi, müxtəlif tarixi, sosial və iqtisadi amillərin Azərbaycan xalçasının çeşidliliyinə şərait yaratdığı vurğulanıb. Eyni zamanda qeyd olunur ki, Azərbaycanın hər bir regionu özünəməxsus xalçalar və xalçaçılıq məmulatları ilə şöhrət qazanıb. Məqalədə Quba, Şirvan, Bakı, Gəncə, Təbriz, Qarabağ, Naxçıvan və Qazax xalçaçılıq məktəbləri və bu məktəblərin xarakterik xalçaçılıq xüsusiyyətləri haqqında oxuculara ətraflı məlumat verilib.
Məqalədə Azərbaycan xalça nümunələrini əks etdirən rəngbərəng şəkillər də öz əksini tapıb.

438