“Ümid edirəm ki, Kazan görüşündə proqressiv irəliləyişlər olacaq”
APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza deyib. M.Brayzanın fikrincə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair baza prinsiplərinin razılaşdırılmasının vaxtı çatıb.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ səfərinə toxunan M. Brayza səfər zamanı keçirilən görüşlərdə, əsasən, qarşılıqlı münasibətlər, strateji əməkdaşlıq, Əfqanıstanda birgə fəaliyyət, Dağlıq Qarabağ münaqişəsinin həlli, demokratiyanın inkişafı və digər məsələlərin müzakirə olunduğunu bildirib.
Eynulla Fətullayevin həbsdən buraxılmasına diqqət çəkən diplomat Azərbaycan hökumətinin artıq həbsdə olan jurnalistlərin azadlığa buraxılması üçün addımlar atmağa başladığını vurğulayıb.

506