BAXCP-də struktur dəyişiklikləri
06 iyun 2011 13:34 (UTC +04:00)

BAXCP-də struktur dəyişiklikləri

Partiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda qərarların icrası, ictimai-siyasi vəziyyət və təşkilati məsələlər müzakirə olunub. İctimai-siyasi məsələlərin müzakirəsindən sonra əsas diqqət BAXCP-nin İcra Aparatı haqqında Əsasnaməsinə əlavə və dəyişikliklərin edilməsinə və Ali Məclisin iyunun 11-nə çağırılmış sessiyasının gündəliyinin müəyyənləşdirilməsinə yönəlib. İdarə Heyəti üzvlərinin geniş fikir mübadiləsindən sonra İcra Aparatı haqqında Əsasnaməyə təklif olunan əlavə və dəyişikliklər Ali Məclisin müzakirəsinə təqdim olunub. BAXCP-nin İcra Aparatı haqqında Əsasnaməsinə təklif olunan əlavə və dəyişikliklərə əsasən, bir sıra qurumların adında dəyişikliklərin edilməsi, bəzilərinin ləğvi, eləcə də yenilərinin yaradılması nəzərdə tutulub. Daha sonra Ali Məclisin növbəti sessiyasının gündəliyi müzakirə edilərək təsdiq olunub.


BAXCP Ali Məclisinin növbəti sessiyası iyunun 11-də, saat 11:00-da partiyanın mərkəzi mənzil-qərargahında keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 458

Oxşar yazılar