Milli Məclisin iclasının gündəliyi açıqlanıb
06 iyun 2011 13:24 (UTC +04:00)

Milli Məclisin iclasının gündəliyi açıqlanıb

Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib.

İclasın gündəliyinə 24 məsələ daxildir. İclasda «Əmək pensiyaları haqqında»qanuna, Əmək Məcəlləsinə, Mülki Məcəlləyə, İnzibati Prosesual Məcəlləyə, Vergi Məcəlləsinə, «Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında», «İcra məmurları haqqında», «Vəkillər və vəkillik fəaliyyəti haqqında», «Ekstraditsiya haqqında», «Məhkəmə Hüquq Şurası haqqında», «Dövlət dili haqqında», «Dini etiqad azadlığı haqqında» və digər qanunlarda dəyişikliklər müzakirə olunaraq səsverməyə çıxarılacaq.

A. Təvəkküloğlu digər növbədənkənar iclasın tarixinin hələ müəyyənləşmədiyini bildirib.

APA-nın millət vəkillərindən əldə etdiyi məlumata görə, parlamentin digər növbədənkənar iclasının iyunun 21-də keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 978

Oxşar yazılar