“Cənubi Qafqaz: Ərazi Bütövlüyü, geosiyasi mübarizələr və enerji”
06 iyun 2011 12:32 (UTC +04:00)

“Cənubi Qafqaz: Ərazi Bütövlüyü, geosiyasi mübarizələr və enerji”

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşəbbüsü və maddi dəstəyi ilə Türkiyədə “Cənubi Qafqaz: Ərazi bütövlüyü, geosiyasi mübarizələr və enerji” adlı kitab nəşr olunub.


SAM-dan Lent.az-a verilən məlumata görə, kitab Cənubi Qafqaz dövlətlərinin müstəqilliklərinin bərpasının 20 illiyinə həsr olunub. Kitabda Cənubi Qafqaz dövlətlərinin siyasi, təhlükəsizlik və enerji əlaqələrinə toxunulub, gələcəkdə ehtimal olunan inkişaf ssenariləri analiz edilib. Kitabda Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Nazim Cəfərsoy, SAM-ın aparıcı elmi işçisi Cavid Vəliyev, uzun illər Türkiyənin Avrasiya Strateji Araşdırmalar Mərkəzində çalışmış Kamil Ağacan, İstanbul Kadir Has Universitetinin dosenti Mitat Çelikpala, Bilkent Universitetinin müəllimi Necdət Pamir, Abant İzzet Baysal Universitetinin Beynəlxalq Əlaqələr bölməsinin rəhbəri Kamer Kasım, QafqazSAM-ın rəhbəri Araz Aslanlı, TÜRKSAM-ın rəhbəri Sinan Oğan, Kırıkkale Universitetinin müəllimi Şenol Kantarcı və Kadir Has Universitetinin Rektoru Mustafa Aydın kimi beynəlxalq münasibətlər üzrə tanınmış mütəxəssislərin məqalələri yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 571

Oxşar yazılar