Azərbaycan və Türkiyə tank əleyhinə idarə olunan raketlər istehsal edə bilərlər
04 iyun 2011 13:10 (UTC +04:00)

Azərbaycan və Türkiyə tank əleyhinə idarə olunan raketlər istehsal edə bilərlər

Bu barədə APA-ya açıqlamasında ROKETSAN şirkətinin baş direktoru Hüseyn Baysak məlumat verib.

H. Baysakın sözlərinə görə, hazırda üzərində işlər gedən və türk mühəndisləri tərəfindən yaradılmış bu raketlərə Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin hərbçiləri maraqlarını ifadə ediblər. Eyni zamanda, Azərbaycan tərəfi bu raketlərin birgə istehsalına maraqlı olması barədə fikirlər səsləndirib.

«Bunlardan biri hələ ki, yaradılma mərhələsini tamamladığımız, hazırda atış testlərinə başladığımız uzun mənzilli tank əleyhinə raket sistemi - UMTAS-dır. UMTAS helikopterlərdən yerdəki tank da daxil olmaqla, istənilən hədəfə qarşı təsirli istifadə oluna biləcək. Bu raket ROKETSAN-ın tam milli məhsuludur, hazırlanmasında heç bir xarici texnologiyadan istifadə olunmur», - deyə H. Baysak bildirib.

Şirkət rəhbərinin sözlərinə görə, UMTAS-ın testlərinin 2012-ci ildə tamamlanması və seriyalı istehsalına başlanılması planlaşdırılır.

ROKETSAN-ın digər məhsulu isə orta mənzilli tank əleyhinə idarə olunan raket - OMTAS-dır. H. Baysak bildirib ki, 4 km maksimum mənzilli bu raket tripod və ya nəqliyyat vasitəsi üzərinə qurula bilər. Ən güclü zirehə malik tanklara qarşı təsirli olacaq raket üzərində də UMTAS-a paralel olaraq çalışmalar gedir. OMTAS seriyalı istehsala 2013-cü ildə hazır olacaq.

UMTAS raketlər 160 mm çapa malikdir, çəkisi 37,5 kq çoxdur. Uzunluğu 1750 mm olan raket 8 km məsafəyədək hədəflərə qarşı effektiv tətbiq oluna bilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 655

Oxşar yazılar