Elmar Məmmədyarov Atlantik Şurasında çıxış edib
04 iyun 2011 10:43 (UTC +04:00)

Elmar Məmmədyarov Atlantik Şurasında çıxış edib

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə ABŞ Administrasiyası, Dövlət Departamenti, Müdafiə Nazirliyi və digər hökumət qurumlarının əməkdaşları, region üzrə mütəxəssislər və KİV, eləcə ABŞ-da akkreditə edilmiş diplomatik nümayəndəliklərinin üzvləri iştirak ediblər.

Nazir E.Məmmədyarov cari ildə Azərbaycanın müstəqillik əldə etməsinin 20 illiyinin olması, 20 il ərzində Azərbaycanın əldə etdiyi nailiyyətlər, dünya miqyasında öz layiqli yerini tutması barədə geniş məlumat verib. O, dövlətimizin regionda aparıcı dövlət olması, regional əməkdaşlığın inkişafında, xüsusən regional enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində mühüm rol oynamasını da iştirakçıların diqqətinə çatdırıb. Eyni zamanda Azərbaycanın iqtisadiyyat sahəsindəki uğurları, son bir neçə ildə ümumi daxili məhsulun həcminin üç dəfə artması qeyd edilib.

Daha sonra E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunaraq, münaqişənin həlli ilə bağlı aparılan danışıqlar barədə iştirakçıları məlumatlandırıb.

Görüşün sonunda, nazir iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 428

Oxşar yazılar