Əhəd Məmmədlinin işindən apelyasiya şikayəti verildi
03 iyun 2011 18:01 (UTC +04:00)

Əhəd Məmmədlinin işindən apelyasiya şikayəti verildi

Bu barədə Lent.az-a vəkil Yalçın İmanov məlumat verib. O bildirib ki, apelyasiya şikayətində Səbail Rayon Məhkəməsinin iyunun 1-də verdiyi qərara etiraz edilib və bildirilib ki, həbs müddətinin avqustun 9-dək uzadılması əsassızdır.

Qeyd edək ki, Əhəd Məmmədli Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.1-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunur.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 496

Oxşar yazılar