İctimai Palatanın Korrupsiya Komissiyası toplantı keçirib - FOTO
03 iyun 2011 17:08 (UTC +04:00)

İctimai Palatanın Korrupsiya Komissiyası toplantı keçirib - FOTO

Lent.az-ın məlumatına görə, komissiyanın sədri Neftçilərin hüquqlarının müdafiəsi komitəsinin sədri Mirvari Qəhrəmanlı, üzvləri isə Mehman Əliyev, İlham Şaban, Oqtay Gülalıyev, Məhəmməd Talıblıdır.

Toplantıda komissiya üzvü Məhəmməd Talıblı çıxış edərək, İP-in Korrupsiya Komissiyasının məqsədləri və fəaliyyət istiqamətləri barədə iştirakçılara məlumat verib.

Toplantıda iştirak edən Müsavat başqanı, İP KŞ-nin üzvü İsa Qəmbər bildirib ki, korrupsiya ölkədə təbii hala çevrilib. O, komissiyaya təklif edib ki, Azərbaycanda korrupsiyanın təsnifatını tərtib etsin. İ.Qəmbər korrupsiyanın beynəlxalq mənada da çox təhlükəli hala gəldiyini, narkomafiya, silah və insan alverindən ciddi təhlükə olduğunu vurğulayıb. O qeyd edib ki, korrupsiyanın mövcudluğunun səbəbi ictimai nəzarətin yoxluğudur.

Toplantıda AXCP sədri, İP KŞ-nin üzvü Əli Kərimli və digər İP nümayəndələri də çıxış ediblər.

Anar
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 477

Oxşar yazılar