İyunda Azərbaycan-ABŞ təhlükəsizlik dialoqu keçiriləcək
03 iyun 2011 12:52 (UTC +04:00)

İyunda Azərbaycan-ABŞ təhlükəsizlik dialoqu keçiriləcək

Bunu APA-ya eksklüziv açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza deyib. O, ABŞ nümayəndə heyətinə dövlət katibinin hərbi-siyasi məsələlər üzrə müavini Endryu Şapironun başçılıq edəcəyini açıqlayıb: “Biz dialoqun davam etdirilməsi üçün yeni imkanlar axtarırıq. Ümid edirəm ki, bu ay Bakıda bu dialoq baş tutacaq. Hələlik görüşün təşkili üzərində çalışırıq”.

ABŞ-la Azərbaycan arasında təxirə salınan hərbi təlimlərin vaxtının müəyyənləşdirilməsi haqda sualı cavablandıran səfir, iki ölkə arasında əlaqələrin çox intensiv olduğunu vurğulayıb: “Bu, təhlükəsizlik sferasına da aiddir. ABŞ və Azərbaycan kiçik miqyaslı təlimlər də daxil, bu sahədə müxtəlif tədbirlər keçirirlər. Biz bu il birgə təlim planlaşdırmışdıq. Hələlik baş tutmayıb, lakin bunun elə də ciddi önəmi yoxdur, çünki birgə fəaliyyətimiz davam edir”.

Qeyd edək ki, Azərbaycanla ABŞ arasında hərbi-təhlükəsizlik sahəsində əməkdaşlığa dair məsləhətləşmələr hər il keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 464

Oxşar yazılar