Ramil Usubov İordaniyanın səfirini qəbul edib
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, qonağı səmimi salamlayan nazir son illər əlaqələrimizin genişləndiyini xatırladaraq dövlətlərimizin başçıları - Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı əlahəzrət II Abdulla arasında şəxsi dostluq münasibətlərinin, qarşılıqlı səfərlərin, ən yüksək səviyyədə imzalanmış sənədlərin əməkdaşlığın daha da dərinləşməsinə təkan verdiyini diqqətə çatdırıb.
Daha sonra daxili işlər naziri DİN-in funksional vəzifələri, mövcud kriminogen durum barədə qısa məlumat verib.
Demokratikləşmə və islahatlar prosesinin DİN-dən də yan keçmədiyindən söz açan cənab nazir ölkəmizin Avropaya inteqrasiya etdiyini, demokratik prinsiplərə söykənən, polisin fəaliyyətini tənzimləyən yeni qanunlar qəbul edildiyini, bu işdə bir sıra inkişaf etmiş dövlətlərin, beynəlxalq təşkilatların mütəxəssislərinin böyük rolu olduğunu, bu qanunların icrasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Nazir Ramil Usubov transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin aktuallığını, bu ümumbəşəri bəlaların öhdəsindən yalnız birgə səylərlə gəlməyin mümkün və zəruri olduğunu vurğulayıb. O, ölkələrimizin daxili işlər orqanları arasında qarşılıqlı faydalı əlaqələrin yaradılmasında Azərbaycan tərəfinin maraqlı olduğunu nəzərə çatdırıb, yaxın gələcəkdə “Azərbaycan Respublikasının Hökuməti və İordaniya Haşimilər Krallığının Hökuməti arasında təhlükəsizlik sahəsində əməkdaşlığa dair Saziş”in imzalanmasının bu mənada mühüm əhəmiyyət kəsb edəcəyini bildirib.
Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlıq edən səfir Adel Mohammad Əl-Adaileh nəinki Azərbaycan vətəndaşlarının, həmçinin xarici diplomatların və iş adamlarının ölkəmizdə təhlükəsizlik şəraitində yaşadıqlarını qeyd edib. Ölkələrimiz arasında iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlığın inkişaf etdiyini məmnunluqla xatırladan iordaniyalı diplomat fəaliyyəti dövründə iki dövlət, o cümlədən Daxili İşlər nazirlikləri arasındakı əlaqələrin daha da dərinləşməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Səmimi və işgüzarlıq şəraitində keçən görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

424